Həllərimiz
Sağlamlığınız üçün bir platformada birgə həkim baxışı
Konsilium müraciətindən mütəxəssis rəyinə, canlı yayımlardan sağlamlıq yazılarına qədər — iQonsey sağlamlıq yolunuzda məlumatlı addımlar atmağınıza kömək edir.
Nə təklif edirik
Ehtiyacınıza uyğun həll
Əsas xidmət
Multidissiplinar konsilium
Müraciətiniz mövzuya uyğun ixtisas sahələrindən olan həkimlərə yönləndirilir və təqdim etdiyiniz tibbi sənədlər əsasında birgə qiymətləndirilir. Beləliklə sağlamlıq probleminizə bir neçə fərqli ixtisasın baxışı ilə yanaşılır.
- Mövzuya uyğun ixtisas sahələrindən həkimlər
- Analiz, müayinə və görüntüləmə nəticələri əsasında qiymətləndirmə
- Sağlamlıq vəziyyətinizlə bağlı mütəxəssis rəyləri
- Mümkün növbəti addımlar haqqında məlumat
- Müraciətin yaradılması pulsuzdur
Pulsuz konsilium müraciəti
Sağlamlıq probleminiz və şikayətləriniz barədə əsas məlumatları paylaşaraq müraciətinizi ödənişsiz yaradın.
Mütəxəssis rəyi və növbəti addımlar
Qiymətləndirmədən sonra sağlamlıq vəziyyətinizlə bağlı mütəxəssis rəyləri və mümkün növbəti addımlar haqqında məlumat əldə edirsiniz.
Canlı yayımlar
Həkimlərimizin iştirakı ilə keçirilən canlı yayımlarda sağlamlıqla bağlı mövzuları izləyin.
İxtisas sahələri
Hər müraciət üçün uyğun mütəxəssislər
Konsiliumda iştirak edən həkimlərin sayı və ixtisasları müraciətin mövzusundan asılıdır. Komandamızda aşağıdakı sahələr üzrə həkimlər yer alır:
- Radiologiya və invaziv radiologiya
- Ürək və damar cərrahiyyəsi
- Xərçəng xəstəlikləri (onkologiya)
- Müraciətin mövzusuna uyğun digər ixtisas sahələri
Kimlər üçün
iQonsey sizə necə kömək edə bilər?
Əlavə rəy almaq istəyənlər
Diaqnoz və ya müalicə planı ilə bağlı fərqli ixtisas sahələrindən mütəxəssis rəyi almaq istəyirsinizsə.
Bir neçə ixtisası əhatə edən hallar
Sağlamlıq probleminiz bir neçə ixtisas sahəsinin birgə baxışını tələb edirsə.
Hara müraciət edəcəyini bilməyənlər
Şikayətlərinizlə bağlı hansı ixtisas sahəsinə müraciət etməli olduğunuzu müəyyənləşdirmək istəyirsinizsə.
Nəticələrini dəyərləndirmək istəyənlər
Əlinizdəki analiz, müayinə və görüntüləmə nəticələrinin mütəxəssislər tərəfindən nəzərdən keçirilməsini istəyirsinizsə.
Növbəti addım
Sizə uyğun həlli birlikdə tapaq
Pulsuz konsilium müraciətinizi yaradın və ya suallarınızla bağlı WhatsApp vasitəsilə bizimlə əlaqə saxlayın.